Interposta.Info

Useyn Bolt peşəkar futbolçu karyerasında ilk qollarını vurub-

İdman
 12-10-2018, 19:04     10 452

Avstraliyanın “Sentral Kost Mariners” klubunda çıxış edən atletika üzrə 8 qat olimpiya çempionu Useyn Bolt peşəkar futbolçu karyerasında ilk qollarını vurub.

"Report" xəbər verir ki, 32 yaşlı yamaykalı sprinter "Makartur Saut Vest Yunayted"lə keçirilən yoldaşlıq matçında dubla imza atıb. Bolt sözügedən görüşdə komandasının son iki qolunun müəllifi olub.

Qeyd edək ki, qarşılaşma “Sentral Kost Mariners”in 4:0 hesablı qələbəsi ilə başa çatıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26