Interposta.Info

Tanınmış futbolçu Belçika yığmasındakı karyerasını başa vurub

İdman
 8-03-2019, 13:22     10 477

Hazırda Çinin "Şandun Lunen" klubunda çıxış edən futbolçu Maruan Fellayni Belçika yığmasındakı karyerasını başa vurub.

"Report"un məlumatına görə, bu barədə 32 yaşlı yarımmüdafiəçi şəxsi "Twitter" səhifəsi vasitəsilə açıqlama verib.

O, milli komandada 12 ilədək yüksək səviyyədə çıxış etdikdən sonra belə bir qərar qəbul etdiyini söyləyib: "Bu qərar asan olmadı, amma kənara çəkilmək və yolu yeni nəslə vermək zamanının yetişdiyini hiss etdim. Komandaya Avropa çempionatının seçmə mərhələsində uğurlar arzulayıram".

Qeyd edək ki, Maruan Fellayni Belçika millisində 2007-ci ildən çıxış edirdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26