Interposta.Info

Prezident Uqanda və Somali ilə bağlı qanunları təsdiqlədi
 

Siyasət
 14-01-2026, 18:02     44 398

Azərbaycanla Uqanda arasındakı diplomatik və xidməti pasport sahibləri viza tələblərindən azad edilib.

"İnterPosta"President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanunu imzalayıb.

Azərbaycanla Somali arasında diplomatik pasport sahibləri də vizadan qarşılıqlı azad ediliblər.

Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanunu imzalayıb.

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26