Interposta.Info

İran Prezidenti azərbaycanlılar üçün “Heydərbabaya salam”ı dedi (VİDEO)

Siyasət
 28-04-2025, 11:50     21 283


İran Prezidenti Məsud Pezeşkian Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam”ından bir parça şeir söyləyib.

İnterPosta.info
xəbər verir ki, o, şeiri AzTV-yə müsahibəsi zamanı səsləndirib.

"Şəhriyarın çox şeirləri var. Amma "Heydərbabaya salam” bizim həyatımızı özündə əks etdirir. Ona görə mən tez-tez ona müraciət edirəm”, - deyə Pezeşkian bildirib.

Qeyd edək ki, İran Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə bu gün Azərbaycana səfər edəcəyi gözlənilir.

M.Pezeşkianın şeir dediyi həmin görüntüləri təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26