Interposta.Info

Uzun illər sonra Bakıya gələn Alla Puqaçova azərbaycanlılar haqqında nələr dedi?

Maqazin
 30-07-2017, 21:01     10 678

Bakıda "Jara-2017" beynəlxalq musiqi festivalı çərçivəsində dünən Rusiyanın Xalq artisti Alla Puqaçovanın yubiley gecəsi keçirilib.
Məşhur sənətçi neçə ildən sonra Bakı səhnəsində yenidən çıxış etdiyi üçün çox şad olduğunu etiraf edib. Xalq artisti açıqlamasında onu da bildirib ki, təyyarə qorxusuna qalib gəldiyinə indiyə qədər inana bilmir:
"Azərbaycanlıları və Bakını dəlicəsinə sevirəm. Mən burda dəfələrlə konsert vermişəm, bu qədər ildən sonra yenidən sizinlə birlikdə çıxış etməkdən çox məmnunam. Təyyarədən qorxuram, amma gəldim. İstiyə dözümüm yoxdur, amma gəldim. Bakılıların qonaqpərvərliyi üçün həqiqətən də çox darıxmışdım".
Puqaçova daha sonra 70 illik möhtəşəm solo yubiley konsertini başqa şəhərdə deyil, məhz Bakıda qeyd edəcəyinə vəd verib. Alla gecədə sevilən mahnılarını səsləndirib. Həyat yoldaşı Maksim Qalkin də konsert zamanı Puqaçovanı tək qoymayıb. Alla və Maksim birlikdə "Eto lyubov" və "Pod odnim flaqom" mahnılarını səsləndirib.
Məlumat üçün bildirək ki, "Jara" Beynəlxalq Musiqi Festivalı artıq ikinci dəfədir ki, Azərbaycanın paytaxtında keçirilir. Son üç gün ərzində Rusiyanın ən populyar və sevilən estrada ulduzları Bakıda azərbaycanlı tamaşaçılar və pərəstişkarları qarşısında çıxış edib.
Festivalın sonuncu günü Qriqori Lepsin yaradıcılığına həsr olunacaq. Bu axşamkı konsert proqramında Dima Bilan, Nikolay Baskov, Diana Arbenina, Stas Pyexa, Soso Pavliaşvili, Sergey Lazarev, həmçinin Miri Yusiflə Röya da çıxış edəcək.

interposta.info
Uzun illər sonra Bakıya gələn Alla Puqaçova azərbaycanlılar haqqında nələr dedi?
Uzun illər sonra Bakıya gələn Alla Puqaçova azərbaycanlılar haqqında nələr dedi?
Uzun illər sonra Bakıya gələn Alla Puqaçova azərbaycanlılar haqqında nələr dedi?
Uzun illər sonra Bakıya gələn Alla Puqaçova azərbaycanlılar haqqında nələr dedi?
Uzun illər sonra Bakıya gələn Alla Puqaçova azərbaycanlılar haqqında nələr dedi?
Uzun illər sonra Bakıya gələn Alla Puqaçova azərbaycanlılar haqqında nələr dedi?
Uzun illər sonra Bakıya gələn Alla Puqaçova azərbaycanlılar haqqında nələr dedi?

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26