Interposta.Info

Putin Bakıya son səfəri zamanı Pavel Durovla görüşüb?
 

Siyasət
 26-08-2024, 16:03     31 175

Rusiya prezidenti Vladimir Putin Bakıya son səfəri zamanı "Telegram”ın yaradıcısı Pavel Durovla görüşməyib.

"İnterPosta"xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, jurnalistlərin "Vladimir Putinin Bakıda Pavel Durovla görüşü olubmu?" sualına "xeyr" deyə cavab verib.

Xatırladaq ki, Rusiya Federasiyasının prezidenti avqustun 18-19-da Bakıda dövlət səfərində olub. Pavel Durovun onunla görüşmək üçün Bakıya gəldiyi bildirilir. İddia olunur ki, "Telegram"ın sahibi Bakıdan uçduğu Fransada həbs edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26