Interposta.Info

Polşa prezidenti Azərbaycana səfər edəcək

Siyasət
 30-07-2024, 14:43     25 424

Polşa Prezidenti Anjey Duda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrda Azərbaycana səfər edəcək.

Bunu "Report"a müsahibəsində Azərbaycanda diplomatik fəaliyyətini başa vuran Polşa səfiri Rafal Poborski deyib.

"Biz Polşanın COP29-da ən yüksək səviyyədə iştirakından danışırıq, belə ki, Prezidentimiz Anjey Dudanın nümayəndə heyəti ilə səfərinə hazırlaşırıq. Əlbəttə ki, konfransda Polşanın İqlim və Ətraf Mühit Nazirliyinin nümayəndə heyəti də təmsil olunacaq. Bu, COP29-da müzakirə olunacaq məsələlərə görə məsul olan müvafiq nazirlikdir. Beləliklə, Polşanın konfransda iştirakı maksimum tam olacaq”, - o bildirib.

Diplomat vurğulayıb ki, Prezident Dudanın Azərbaycana səfəri həm də ölkə Prezidenti İlham Əliyevlə ikitərəfli görüş üçün fürsət olacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26