Interposta.Info

BMT-nin Baş katibi COP29-da iştirak edəcək

Manşet
 28-06-2024, 10:41     43 048


BMT-nin Baş katibi Antonio Quterreş COP29-da iştirak etmək üçün Bakıya səfər etməyi planlaşdırır.

"İnterPosta" xəbər verir ki, Qutterreş TASS-a müsahibəsi zamanı bunu açıqlayıb.

"Mən hər zaman COP konfranslarında iştirak edirəm, bu tədbirlərin əvvəlinə və sonuna gəlirəm”, - o vurğulayıb.

Qeyd edək ki, bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası keçiriləcək. Bu qərar 2023-cü il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26