YAP onlardan imtina etdi

Hakim Yeni Azərbaycan Partiyası (YAP) nəhayət parılament seçkilərində namizəd olacaq partiya üzvlərinin siyahısını açıqladı.
Qaynarinfo xəbər verir ki, siyahıda hakim partiyanın tanınmış simalarından hesab edilən bəzi şəxslərin adı yoxdur.
Onların sırasında Vasif Talıbov, Oqtay Əsədov, Elnur Allahverdiyev, İsa Həbibəyli və İqbal Məmmədovun adını çəkmək olar. Lakin hakim partiyanın dəyişiklikləri bununla bitmir.
Hazırkı parlamentdə YAP-ı təmsil edən bir neçə deputat var ki, onlar da bu dəfəki seçkidən kənarda saxlanılıb.
Həmin deputatların adlarını təqdim edirik:
Əliabbas Salahzadə
İqbal Məmmədov
Elşad Mirbəşirli
Emin Hacıyev
Anar Məmmədov
Nizami Cəfərov
Cavid Osmanov
Hakim partiyanın yazıda adı keçən şəxsləri hansı səbəbdən parlamentdə görmək istəmədiyi məlum deyil.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26