Interposta.Info

Siyavuş Novruzov: "İranın gücü çatır, Rusiyadakı İsrail səfirliyini bombalasın"
 

Siyasət
 5-04-2024, 11:46     42 608

"Son günlər Ermənistan Azərbaycanla sərhədə qoşun yığır. Məni bu məsələdə narahat edən İranın susqunluğudur".

"İnterPosta"xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Ətraflı
Deputatın bildirib ki, son günlər Ermənistan Azərbaycanla sərhədə qoşun yığır. Məni bu məsələdə narahat edən İranın susqunluğudur:

"Sərhəddə Avropa İttifaqı müşahidə missiyası var, amma İran vasitəsilə Ermənistana silah daşınır. İran bəs niyə susur? Bəs İran bilmir ki, bu silahlar Azərbaycan yox, İran üçün yığılır? İran parlamentində biri deyir ki, Azərbaycandakı İsrail səfirliyini bombalamaq lazımdır. İsrailin 150-dən artıq ölkədə səfirliyi var, niyə gözünüz Azərbaycandakı səfirliyi görür? İranın gücü çatır, ABŞ-dakı İsrail səfirliyini bombalasın, Rusiyadakı, ərəb ölkələrindəkini bombalasın. Niyə Azərbaycan? İndi hər kəs öz mövqeyini ortaya qoymalıdır".\qaynarinfo.az.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26