Interposta.Info

“Xuntanın qalıqları ağ bayraq qaldırdı” - Ekspert
 

Siyasət
 20-09-2023, 14:35     213

"Hazırda Qarabağda seperatçı qurum dizini yerə qoyub, Azərbaycan qarşısında ağ bayraq qaldırıb”.

Bunu"İnterPosta"-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

"Son tədbirlərə bizi erməni seperatçıları son təxribatları ilə təhrik etdilər. Azərbaycan üç il ərzində səbrlə erməni silahlılarını ərazilərimizdən, Ermənistan tərəfindən çıxarılmasını gözləyirdi. Bu, baş vermədi və biz lazıçı addımlar atmalı olduq”.

Hərbi ekspertin fikirincə, təxribatların intensiv hal alması Azərbaycanı qətiyyətli addımlar atmağa və anti-terror tədbirləri həyata keçirməyə vadar etdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26