Interposta.Info

Hərbi ekspert:

Ölkə
 10-02-2017, 19:52     572

Hərbi ekspert:

Artıq 23 ilə yaxındır ki, cəbhədə atəşkəs rejimi elan olunub. Azərbaycanın atəşkəs rejiminə dönmədən əməl etməsinə baxmayaraq, işğalçı Ermənistan ordusunun bölmələri atəşkəs rejimini hər gün pozmaqda davam edir və layiqli cavablarını Azərbaycan əsgərlərindən alırlar.

XeberBi.az xəbər verir ki, bunu hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Xaliq Vəliyev AzərTac-a açıqlamasında deyib.

“Buna baxmayaraq, Ermənistan ordusu hər dəfə daha da azğınlaşaraq, yeni təxribatlar törətməyə çalışır, lakin hədər və mənasız itkilərə məruz qalır. Əgər düşmən pis niyyətindən əl çəkməsə öz cəzasını artıqlaması ilə, birə-beş alacaq. Azərbaycan ordusu qətiyyətli və layiqli cavab tədbirləri görərək düşməni ağır itkilərə məruz qoyur. Nəticədə isə Ermənistan ordusu demək olar ki, hər gün canlı qüvvə sarıdan xeyli itkiyə məruz qalır və bu, davamlı olacaq”, - deyə hərbi ekspert bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26