Interposta.Info

Azərbaycan ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir (RƏSMİ)

Ölkə
 12-10-2020, 11:59     436

Ermənistan tərəfinin guya Azərbaycan ordusunun Hadruta daxil olmaq məqsədilə bu istiqamətdə xeyli sayda qüvvə cəmləşdirməsi və gərgin döyüşlərin getməsi barədə yaydığı məlumat açıq-aydın dezinformasiyadır.

"İnterPosta" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib:

"Xatırladırıq ki, Hadrut artıq bir neçə gün bundan əvvəl Azərbaycan ordusu tərəfindən işğaldan azad olunub. Bildiririk ki, Azərbaycan ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir və heç bir aktiv döyüş fəaliyyəti həyata keçirmir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26