Interposta.Info

 

“Qraparak” nəşri: İlham Əliyevlə Nikol Paşinyan arasında görüş planlaşdırılandan əvvəl baş tuta bilər

Siyasət
 12-07-2023, 13:26     287

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında iyulun 21-də Brüsseldə nəzərdə tutulan görüş daha əvvəl baş tuta bilər.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib.

O, əvvəllər təsdiq edilmiş iclasın tarixinin dəyişib-dəyişmədiyi barədə danışmayıb, bu barədə daha sonra əlavə məlumat verəcəyini vəd edib.
Xatırladaq ki, iyunun 1-də Kişineuda danışıqlardan sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə üçtərəfli formatda növbəti görüşünün iyulun 21-də Brüsseldə baş tutacağını bəyan edib.\qraparak nəşri

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26