Interposta.Info

Rusiyanın Xarkovu atəşə tutdu: 38 nəfər yaralandı
 

Siyasət
 4-07-2023, 21:07     172

Rusiyanın Xarkov vilayətinin Pervomayskiy şəhərini atəşə tutması nəticəsində 38 nəfər yaralanıb.

APA CNN-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorunun ofisi məlumat yayıb. Bildirilib ki, yaralananlar arasında biri üç aylıq körpə olmaqla 12-si uşaqdır.

Xarkov regional hərbi administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, hücum nəticəsində 8 mərtəbəli binanın pəncərələri sınıb, 4 avtomobil alışıb, 1 avtomobilə isə ziyan dəyib. Xilasedicilərin ərazidə fəaliyyətlərini davam etdirdikləri qeyd olunub.

Ukrayna Prezidenti ofisinin rəhbəri Andrey Yermakın sözlərinə görə, Rusiya əraziyə yüksək partlayıcılıq qabiliyyəti olan mərmi atıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26