Interposta.Info

Ukrayna və Rusiya arasında əsirlərin növbəti mübadiləsi baş tutdu

Dünya
 29-10-2022, 18:54     255

Oktyabrın 29-da Ukrayna və Rusiya arasında növbəti dəfə hərbi əsir mübadiləsi aparılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak tviter hesabında bildirib.

"Daha bir əsir mübadiləsi aparıldı. 52 nəfər - zabitlərimizi, həkimlərimizi, çavuşlarımızı, əsgərlərimizi azad etdik", - deyə o qeyd edib.

Onun sözlərinə görə, azad olunanlar arasında Ukrayna Milli Qvardiyasının hərbçiləri, "Azov" batalyonunun döyüşçüləri, Hərbi Dəniz Qüvvələrinin hərbçiləri var. Yermakın sözlərin görə, iki mülki şəxs də azad olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26