Prezident Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarına səfər edib (YENİLƏNİB/FOTO)
Azərbaycan Prezidenti İlham Əliyev mayın 4-də Cəbrayıl rayonuna səfər edib.
"İnterPosta" xəbər verir ki, dövlət başçısı Xudafərin qəsəbəsinin təməlini qoyub, "Azərenerji” ASC-nin "Cəbrayıl” enerji qovşağının açılışında iştirak edib, "Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında "Avto Lizinq Azərbaycan” MMC-nin tikintisi ilə tanış olub, "Holcim Azərbaycan” ASC-nin, "Az-Tex-Import” MMC-nin, "İmprotex Qarabağ Sənaye Kompleksi” MMC-nin, Şükürbəyli kəndinin təməlini qoyub, Cəbrayıl şəhərində Akademik Mehdi Mehdizadə adına 960 şagird yerlik orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış olub, Horovlu kəndinin təməlini qoyub.
13.27
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Zəngilan rayonuna səfər edib.
"İnterPosta" xəbər verir ki, dövlət başçısı Zəngilan şəhərində Konqres Mərkəzinin tikintisi ilə tanış olub, inzibati binanın təməlini qoyub, "Azərenerji” ASC-nin "Sarıqışlaq” Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub, otel kompleksinin, 91 çarpayılıq Zəngilan Rayon Mərkəzi Xəstəxanasının və Cahangirbəyli kəndinin təməlini qoyub.
11.24
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Laçın və Qubadlı rayonlarına səfər edib.
"İnterPosta" xəbər verir ki, dövlətimizin başçısı Laçın rayonunda Güləbird kənd yaşayış məntəqəsinin, Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməllərini qoyub.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26