Interposta.Info

Prezident İlham Əliyev Oğuz rayonuna səfər etdi 

Siyasət / Manşet
 2-12-2022, 18:01     480

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Oğuz rayonuna səfər edib.

"İnterPosta" xəbər verir ki, dövlətimizin başçısı Ulu Öndər Heydər Əliyevin Oğuz şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Prezident Oğuzda Daşağıl çayı üzərində "Oğuz-1”, "Oğuz-2”, "Oğuz-3” kiçik su elektrik stansiyaları silsiləsinin açılışında və suqəbuledici qurğuların təqdimatında iştirak edib.

Prezident həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuz şəhərində inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının açılışa qatılıb.

İlham Əliyev "Şəki-Oğuz” Aqroparkının torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üzrə görülmüş işlərlə, həmçinin "Aqroinkişaf 2017” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) "Şəki-Oğuz” Aqroparkında yaradılan şəraitlə tanış olub.

Dövlət başçısı "Şəki-Oğuz” Aqroparkının qoz məhsulunun qərzəkdən təmizlənməsi, yuyulması və qurudulması zavodunun təməlini qoyub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26