Interposta.Info

“Sərhədlər Ermənistan üçün bağlı qalmalıdır” - Ekspert

Siyasət
 25-04-2023, 15:05     220

"Hazırda Azərbaycan ərazisində sərhədlərlə bağlı karantinə görə məhdudlaşdırılmalar mövcuddur. Məhdudlaşdırılmanın müddəti 2023-cü il iyul ayının 1-nə kimi uzadılıb. Əgər Ermənistanla sərhəddə yeni sərhəd keçid məntəqəsi qurulubsa, eyni qaydalar digər ölkələrlə sərhəddə olan keçid və nəzarət buraxılış məntəqələrinə tətbiq olunduğu kimi Ermənistana da, xüsusi ilə 30 il ərazilərimizi tar-mar eləmiş və müharibədən sonrakı dövrdə ərazilərimizə silah-sursat daşıyan Ermənistana da tətbiq olunması daha məntiqli və məqsədəuyğun olardı”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Ekspert bildirib ki, digər sərhəd keçid məntəqələrinə tətbiq olunan məhdudiyyətlərin Ermənistan tərəfinə də tətbiq olunmalıdır:

"Minimum 2023-cü il 1 iyul tarixinə qədər həmin sərhədlər Ermənistan üçün də bağlı qalmalıdır. Bu həm Azərbaycan qanunvericiliyinə uyğundur, həm də digər qonşulara münasibətimizdə daha ədalətli bir yanaşmadır”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26