Interposta.Info

Rusiya XİN rəsmisi: “KTMT missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsinə hazırıq”

Siyasət
 29-03-2023, 16:09     210

“Ümid edirik ki, KTMT çərçivəsində İrəvanla qarşılıqlı əlaqələrə dair bütün məsələlər, o cümlədən də təşkilatın Ermənistan ərazisində müşahidə missiyasının yerləşdirilməsi konstruktiv və bütün tərəflər üçün faydalı olacaq şəkildə həllini tapacaq”.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RTVI telekanalının suallarını cavablandırarkən bildirib.

O qeyd edib ki, KTMT-də mövcud olan qarşılıqlı əlaqə formatları çərçivəsində Ermənistan tərəfini narahat edən bütün məsələlər açıq şəkildə müzakirə edilir.
“Biz öz tərəfimizdən KTMT missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi planlarını həyata keçirməyə hazır olduğumuzu bir daha təsdiqləyirik”, - deyə Mixail Qaluzin qeyd edib./RTVI

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26