Interposta.Info

Peskov Ermənistanda Putinin həbs edilməsi təhlükəsini şərh etdi
 

Siyasət
 24-03-2023, 20:51     229

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Vladimir Putinin Ermənistana səfəri halında Beynəlxalq Cinayət Məhkəməsinin tələbi ilə mümkün həbsi ilə bağlı Ermənistanın mövqeyini aydınlaşdırıb-aydınlaşdırmaması ilə əlaqədar sualını cavablandırıb.

Trend bu barədə "Moskovski Komsomolets"ə istinadən xəbər verir.

"Hələ yox. Biz bunu tərəfdaşlarımızla müzakirə edəcəyik", - deyə D.Peskov bildirib.

Daha əvvəl Ermənistan Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu üzrə bütün öhdəliklərin respublikada əsas qanuna uyğun olaraq tanınması barədə qərarı oxuyub.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26