Interposta.Info

Putin 80 min səfərbər olunan şəxsin artıq Ukraynada olduğunu açıqladı
 

Siyasət
 7-11-2022, 21:37     249

Hazırda Ukraynada münaqişə bölgəsində 80 minə yaxın səfərbər edilmiş Rusiya vətəndaşı var, onlardan 50 mini döyüş əməliyyatlarında iştirak edir.

"Report” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Tver vilayətinə səfəri zamanı regionun qubernatoru İqor Rudenya ilə görüşündə deyib.

"Hazırda bizim 50 minimiz döyüş bölmələrindədirlər. Qalanları hələ döyüş əməliyyatlarında iştirak etmir. Lakin ərazidə (münaqişə zonasında – red.) 80 minə qədər insan var. Qalanların hamısı təlim poliqonlarındadır”, - dövlət başçısı vurğulayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26