Interposta.Info

Münaqişə yalnız bu yolla başa çatacaq - Putin

Dünya
 27-04-2019, 21:46     10 385

Donbasdakı münaqişə yalnız Minsk razılaşmalarının tamamilə yerinə yetirilməsindən sonra başa çata bilər.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

Putin çıxışı zamanı Ukraynanın yeni seçilən prezidenti Vladimir Zelenskinin amnistiya elan etməyə və bu ərazilərə xüsusi status verməyə hazırlaşmadığını söylədiyini xatırladıb.

“Birincisi, cənab Zelenski amnistiya ilə bağlı dekret və ya fərman imzalamağa hazırlaşmır. İkincisi isə bu ərazilərə xüsusi status verməyə razılaşmır”, - Putin bildirib./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26