Interposta.Info

ABŞ rəsmisi Bakı və İrəvana söz verdi

 

Siyasət
 12-10-2022, 11:39     212

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ABŞ üçün prioritet olaraq qalır.

"İnterPosta" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays brifinq zamanı deyib.

"Yaxın həftələrdə və aylarda ABŞ-ın prosesdə yüksək səviyyədə iştirakı davam edəcək. Ötən ay Dövlət katibi Nyu-Yorkda Ermənistan və Azərbaycan nazirləri ilə üçtərəfli görüş təşkil etdi. Bu, nazirlərin sentyabr hadisələrindən sonra ilk üzbəüz görüşü idi", - deyə o bildirib.

Ned Prays qeyd edib ki, Dövlət Departamentinin Cənubi Qafqaz üzrə baş müşaviri Filip Riker hər iki ölkədən ayrı-ayrı şəxslərlə təmasları davam etdirir.

"Biz bu məsələ ilə məşğul olmağı davam etdirəcəyik. Konkret nəticə vəd edə bilməsəm də, bu məsələnin bizim prioritet olaraq qalacağını söz verə bilərəm", deyə mətbuat katibi deyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26