Interposta.Info

Ermənilərin yeni siyasi şousu nəyə hesablanıb? (ŞƏRH)
 

Siyasət
 22-08-2022, 12:31     281

Ermənistan aparılan sülh danışıqları fonunda belə öz çirkin niyyətlərini davam etdirir. Məlumatlara görə, İrəvanda "Ermənistan” partiyasının nümayəndələri səkidəki ağaclara Qarabağla bağlı şüarlar olan vərəqələr yapışdırıblar. Vərəqələrdə "Tiraspol Rusiyadır, Mariupol Rusiyadır, Krım Rusiyadır, Donetsk Rusiyadır, Luqansk Rusiyadır, Sxinvali Rusiyadır, Artsax (Qarabağ) da qoy Rusiyanın olsun” şüarı yazılıb. Şüarın məzmunundan aydın olur ki, onları yazanların məqsədi Azərbaycanla Rusiya arasında münasibətlərə xələl gətirmək olub.

Bildiyimiz kimi, Rusiya sülhməramlılarının Qarabağın ermənilər yaşayan hissəsində sülhməramlı missiyası 5 il müddətinə nəzrdə tutulub. Ermənilər isə indiki şəraitdə Rusiya sülhməramlılarının orada uzun müddət qalmasında maraqlıdır. İrəvanda gündəmə gətirilən bu şüarlar ermənilərin yeni koridorun işə salınması fonunda Laçın şəhərini, Zabux və Sus kəndlərini tərk etmələri ərəfəsində baş verir. Belə ki, ermənilər həmin ərazilə bağlı Azərbaycan hökumətinin atdığı doğru və qəti addımlara Rusiya sülhməramlılarının cavab verəcəyini və onun qarşısını alacağını düşünürdü. Lakin göründüyü kimi bu baş vermədi və sözügedən ərazidən ermənilər çıxmalı oldular. Bu olaydan təşvişə düşən bəzi erməni siyasiləri də yuxarıda qeyd olunan şüarı yaymaqla, onların təbirincə rus sülhməramlılarının hadisəyə susqun münasibətinə cavab olaraq, Bakı ilə Moskva arasında münasibətlərdə soyuqluq yaratmağı qarşılarına məqsəd qoyublar. Belə hərəkətlərilə Azərbaycanda Rusiyaya qarşı narazılıq toxumu səpib, sonda onlar arasındakı münasibətləri gərginləşdirəcəklərini düşünürlər. Gələcəkdə baş verəcək anoloji hadisələr fonunda Rusiya sülhməramlılarının prosesə indiki kimi sakit tərzdə yanaşması deyil, müdaxilə etmələrinə nail olmaq istəyirlər.


Məsələ ilə bağlı "İnterPosta"ya açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu deyir ki, ermənilər bu cür təxribatlarla daha çoz özlərini aldadır:

"İrəvanın küçələrini bu təxribat xarakterli yazılarla doldurmaqda məqsəd əslində Rusiyaya qarşı Ermənistanda mövcud olan anti-Rusiya əhval-ruhiyyəsini gizlətməkdir. Ona görə də keçirilən həmin təxribat aksiyası bir kampaniyadır. Bir neçə gün öncə Rusiyanın Ermənistandakı səfirinin ermənilərə verdiyi notadan xəbərdarıq. Bu fonda çıxılmaz vəziyyətdə olan ermənilər işğalçılıq siyasətinə dəstək qazandırmaqla həm də özlərinin işğalçı siyasətlərinə bəraət əldə etməyi düşünürlər. Ona görə də başqa ölkənin müxtəlif vilayətlərini adlarını yazmaq və Qarabağı da ora əlavə etməklə bir bərabərlik yaratmağa çalışırlar. Onlar hesab edir ki, bu təxribatla Ermənistan cəmiyyətində Rusiyaya qarşı mövcud olan nifrəti gizlətməklə Moskvaya xoş görünə və bu kontekstdə də müəyyən güzəştlərə nail ola bilərlər. Belə hərəkətlərilə ermənilər Rusiyanın Azərbaycana təzyiqinə də nail olmağa çalışa bilər. Ancaq siyasət ciddidir və erməni qaraguruhunun üstündə olan hadisədir. Ona görə də onların bu kimi "siyasi şousu” özlərinin əleyhinə işləyəcək. Bu cür "siyasi şou”larla heç bi nəticə əldə etmək mümkün deyil və mümkün olmayacaq”

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26