Interposta.Info

Putin Paşinyanla Zəngəzur dəhlizini müzakirə etdi

Siyasət
 6-07-2022, 21:45     303

Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

"İnterPosta" xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər ikitərəfli məsələləri, eləcə də regiondakı prosesləri nəzərdən keçiriblər.

Bundan əlavə, dövlət başçıları 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası barədə fikir mübadiləsi aparıblar.

Eyni zamanda, Paşinyan və Putin Ermənistan-Azərbaycan sərhədində delimitasiya və təhlükəsizlik üzrə komissiyanın fəaliyyəti, həmçinin regionda kommunikasiyaların açılması istiqamətində görülən işləri müzakirə ediblər./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26