Interposta.Info

Putin Paşinyanı təbrik etdi

Siyasət
 24-06-2021, 20:31     458

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın telefon danışığı olub.

"Qafqazinfo” "”Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, Putin Paşinyanı növbədənkənar parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

"Tərəflər regiondakı vəziyyət, 9 Noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli bəyanatların bəndlərinin tətbiqindəki irəliləyiş məsələlərinə toxundular”, - deyə məlumatda bildirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26