Interposta.Info

Yaxın zamanda Şərqi Zəngəzurla Naxçıvanın birləşdirilməsinə başlanılacaq - Bayramov

Siyasət
 4-07-2022, 16:59     219

"Şərqi Zəngəzuru və Naxçıvanı birləşdirəcək ilk körpünün tikintisinə yaxın zamanda başlanacaq”.

"Report” "Mehr”ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahian ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, ilk körpünün texniki göstəriciləri artıq razılaşdırılıb və tezliklə tikinti işlərinə başlanılacaq.

"Biz həmçinin İranın regional formatlar, o cümlədən "3+3” mexanizmi çərçivəsində iştiraka və əməkdaşlığa konstruktiv mövqeyini alqışlayırıq. Yaxın gələcəkdə, "3+3” mexanizmi çərçivcəsində növbəti görüşə məhz İran ev sahibliyi edəcək”, - Azərbaycanın XİN rəhbəri bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26