Interposta.Info

Paşinyan: “Türklər düşmənimizdir, ya deyil” formatını düşüncəmizə yeridənlər...” (VİDEO)

Siyasət
 17-01-2022, 17:56     349

"Regionda kommunikasiyaların açılmasını isə müzakirə etmək istərdik. Guya Ermənistan türk dünyasına daxil olub”.

Bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan News.am kanalına müsahibəsində Ankara-İrəvan münasibətlərinin normallaşması ehtimalından danışarkən deyib.

O bildirib ki, Türkiyə ilə münasibətlərin normallaşmasını istəyir.

Bununla belə, o, koridor məsələsini müzakirə etməyəcəyini söyləyib:

"Həmçinin, belə fikrilər səslənir ki, Ermənistan türk dünyasına heç bir halda çıxış verməməlidir. Bunu başa düşə bilmirəm. Eyni zamanda, başa düşmürəm niyə Azərbaycana koridor verməliyik? Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirik. Amma bir sual vermək istərdim. Türkiyə və Azərbaycan Ermənistanı məhv etmək istəyirlər, ya yox? Erməni genosidini davam etdirərək, başa çatdırmaq istəyirlər, ya yox? İstəmirlərsə, bu, başqa məsələ. İstəyirlərsə, ondan bizim seçimimiz nədir?”

Paşinyan müsahibəsində ermənilərin vaxtaşırı qurbanlıq quzu olduqlarını da xatırladıb:

"Düşmənçilik ritorikası atmosferinə nəzarət məsələsindən danışmışdım. Türklər bizim düşmənizidir, ya deyil, polemikasını açmışdıq. Amma sualın belə qoyuluşu reallıqla tərs mütənasibdir. Ona görə ki, kimsə başqa fikir bildirməyə çalışsa, onu yerindəcə susmağa məcbur edəcəklər. Ona türk deyərək, türklərə xidmət etdiyini deyəcəklər. Bu düşüncə ilə kimlərsə bizi idarə edir. Nəticədə min ilə yaxındır ki, vaxtaşırı qurbanlıq quzu vəziyyətində oluruq. Münasibətləri normallaşdırmaqda maraqlıyıq. Türkiyə və Azərbaycan tək sözdə deyil, öz fəaliyyətlərilə də dolğun cavab versinlər, həqiqətənmi erməni xalqını məhv etmək istəyirlər? Bu belədirsə, onda müqavimət göstərməkdən başqa seçimimiz qalmır. Belə deyilsə, deməli, onlar haqlıdırlar”.

Paşinyan həmçinin qeyd edib ki, sülhün bərqərar olması üçün tarixi şans yaranıb:

"Buna görə məni türk və ya başqa cür adlandırsalar da, bizi yolumuzdan saxlaya bilməyəcəklər. Düşüncəmizə bu formatı yeridənlər istəyirlər ki, erməni xalqı hər zaman qurbanlıq qismində qalsın. Yenə də deyirik, mübarizədən əl çəkməyəcəyik. Amma onu da bildiririk ki, destruktiv, aqressiv fanatlar da deyilik və heç zaman da olmayacağıq”.

Ermənistan baş nazirinin sözügedən açıqlamasını Qaynarinfo-ya şərh edən politoloq Qabil Hüseynli onun çıxışını ikibaşlı bəyanat kimi xarakterizə edir:
"Gah nala, gah da mıxa vurur. Türkiyə ilə münasibətlərin qaydaya salınması Ermənistan üçün həyati əhəmiyyətə malikdir. Paşinyan isə çıxışında mübarizəyə hazır olduqlarını deməklə bu əhəmiyyəti azaltmağa çalışır. Türkiyəyə qarşı irəli sürülən iddialar mənasız iddialardır. Şərqi Anadolunun ermənilərə məxsus olduğu barədə başdan-ayağa qondarma fikirlər səsləndirirlər. Gerblərində Ağrı dağın şəklini veriblər. Olmayan qondarma soyqırımı təbliğ edirlər. XX əsrin əvvəllərində Şərqi Anadoluda cəmi 700 min erməni yaşayırdı. Belə olan halda 1,5 milyon ermənini necə qırmaq olar? Bununla ermənilər özlərinin səfeh olduğunu göstərir”.

Həmsöhbətimiz bildirir ki, Paşinyanın bu açıqlaması əslində daxili bazara yönəlmiş fitnəkar bəyanatdır:

"İrəvan sözügedən məsələdə daha praqmatik olmağa məcburdur və olacaq da”./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26