Interposta.Info

Jirinovski Donbasda yeni irimiqyaslı müharibənin başlama tarixini açıqladı

Siyasət
 14-12-2021, 16:28     341

LDPR lideri Vladimir Jirinovski bildirib ki, Ukraynanın şərqində genişmiqyaslı hərbi münaqişə gələn ilin fevralında, Qış Olimpiya Oyunları zamanı başlaya bilər.

Qaynarinfo xəbər verir ki, o, bu barədə LDPR TV-nin efirində məlumat verib.

Siyasətçi hesab edir ki, Donbasda dinc əhali üçün təhlükə yaranarsa, Rusiya müdaxilə edib Ukrayna hərbçilərini dəf etməli olacaq. Eyni zamanda, o qeyd edib ki, Ukrayna qoşunlarını yalnız "DXR” və "LPR” ərazisindən çıxarmaq lazımdır, daha da irəli getməyə dəyməz, baxmayaraq ki, Moskva bunu "bacarır".

"Bizim məqsədimiz Donbasın mülki əhalisini qorumaqdır, ona görə də biz Kiyevə və onların xaricdəki ağalarına sərt ultimatum verməliyik", - Jirinovski bildirib.
Bundan bir qədər əvvəl ABŞ kəşfiyyatı Rusiya Federasiyasının 2022-ci ilin əvvəlində Ukraynaya qarşı "hücum əməliyyatı" hazırladığını bildirib. Moskva Qərbin bu bəyanatları vəziyyəti gərginləşdirmək üçün etdiyini açıqlayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26