Interposta.Info

Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti uzadıldı

Siyasət / Manşet
 13-11-2021, 09:46     423

Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti daha bir il uzadılıb.

"İnterPosta" xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) bununla bağlı qərarı "Resmi Gazete"də dərc olunub.

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə ölkə parlamentinə göndərilən qanun layihəsi müzakirələrdən sonra təsdiqlənib.

Qərara əsasən, Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərən Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti daha bir il uzadılıb.

Xatırladaq ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi ölkənin Silahlı Qüvvələrinə qoşunlarını bir il müddətinə Azərbaycana göndərmək səlahiyyəti verib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26