Interposta.Info

TBMM-də qərar: Türki ordusu Qətərə girir -

Dünya
 8-06-2017, 01:37     970

Qətərdə Türkiyə hərbçilərinin yerləşdirilməsi üçün qanun layihəsi Böyük Millət Məclisinə (BMM) qəbul edilib.

Teleqraf.com "Hurriyyət.com"a istinadən xəbər verir ki, Ankara və Doha arasında Türkiyə silahlı qüvvələrinin yerləşdirilməsinə dair anlaşma memorandumu BMM Baş katibliyi tərəfindən təsdiqlənib.

Qanun layihəsinə görə, Türkiyə Qətərdə müştərək qərargah, koordinasiya heyəti, quru və dəniz hərbi qüvvələri saxlaya biləcək.

Qətərdəki Türkiyə hərbi qüvvələrinin əsas vəzifəsi birgə hərbi təlimlər keçmək, hərbi təhsili həyata keçirməklə bu ölkənin müdafiə imkanlarını gücləndirməkdən ibarətdir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26