Interposta.Info

Prezident görüşlər keçirdi (FOTO)

Siyasət / Manşet
 3-11-2021, 20:32     187

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Səudiyyə Ərəbistanının Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin İdarə Şurasının sədri Turki Al Faysalı qəbul edib.

"İnterPosta" xəbər verir ki, görüşdə "COVID-19-dan sonrakı dünya” adı altında keçiriləcək VIII Qlobal Bakı Forumunun bir çox mühüm məsələlərin müzakirəsi üçün qlobal platforma olduğu bildirildi, pandemiyaya baxmayaraq, tədbirdə iştirak etmək üçün Bakıya çox sayda qonağın gəlməsinin bu Foruma və ölkəmizə olan marağın göstəricisi olduğu vurğulandı.

Görüşdə Səudiyyə Ərəbistanının Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin ölkəmizin müvafiq qurumları ilə səmərəli əməkdaşlığından məmnunluq ifadə olundu.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Xorvatiya Respublikasının sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib.

"İnterPosta" xəbər verir ki, söhbət zamanı "COVID-19-dan sonrakı dünya” adı altında keçiriləcək VIII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunulub, bu tədbirin beynəlxalq əməkdaşlığa töhfə verəcəyi vurğulanıb.

Görüşdə Prezident İlham Əliyevin Xorvatiyaya səfəri və həmin səfər zamanı Kolinda Qrabar-Kitaroviçlə görüşü məmnunluqla xatırlanıb, bu səfərin əlaqələrimizin genişləndirilməsində rolu qeyd edilib.

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26