Interposta.Info

Səudiyyə Şahzadəsi ərəb turistlərin

Siyasət
 17-03-2017, 14:06     560

Səudiyyə Şahzadəsi ərəb turistlərin

“Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Səudiyyə Ərəbistanı investorlarının böyük marağına səbəb olub”.

interposta.info bildirir ki, bunu “Ölkə.Az”-ın sualının cavabında Beşinci Qlobal Bakı Forumunda iştirak edən Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal bildirib.

Sözügedən liman kompleksinin salınması işinə ərəb iş adamlarının da cəlb olunduğunu vurğulayan Turki əl-Faysal deyib ki, Səudiyyə Ərəbistanı bu sahədə zəngin təcrübəyə malikdir.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistandan olan bir neçə iş adamı Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yaradılan Azad Ticarət Zonasının fəaliyyəti ilə maraqlanır:

“Bakıda Azad Ticarət Zonasının yaradılması üçün hər bir infrastruktur var. Əminəm ki, yaxın gələcəkdə paytaxt Bakı Cənubi Qafqaz və Orta Asiyanın nəhəng ticarət şəhərinə çevriləcək. Artıq Azərbaycan Avrasiyanın parlayan ölkəsinə çevrilir. Bakıda salınan yeni ticarət limanı bizim ölkəmiz üçün də cəlbedicidir. Çünki Azərbaycan Ərəbistan yarımadası ilə Şimal və Qərb dövlətləri arasında mövcud olan nəqliyyat qovşağı üzərində yerləşir. Eyni zamanda bizim Türkiyə və Azərbaycan üzərindən Orta Asiyaya rahat və təhlükəsiz çıxış imkanlarımız yaranır. Bilirsiz ki, Suriya, İraq və İran üzərindən Orta Asiyaya gedən yollar hazırda təhlükəsiz deyil. Buna görə də biz alternativ quru nəqliyyatı dəhlizi seçmişik”.

Şahzadə qeyd edib ki, Azərbaycan ərəb turistlər üçün də cəlbedici ölkədir:


“Azərbaycanın çay içmək mədəniyyəti, zəngin musiqisi, təbiəti və qonaqpərvərliyi bizə çox maraqlıdır. Buna görə də Azərbaycan bizim ölkədə populyardır. Azərbaycan müsəlman ölkəsi olduğu üçün ərəblər burada özlərini daha təhlükəsiz hesab edirlər”.

Səudiyyə Şahzadəsi həmçinin deyib ki, V Qlobal Bakı Forumu sülh və sabitlik üçün dünyaya mühüm töhfələr verəcək:


“Bu mötəbər tədbir dünyanın müxtəlif ölkələrindən nüfuzlu şəxsləri bir araya toplayaraq həlli vacib məsələlərin müzakirəsi üçün gözəl imkanlar yaradır. Dialoq, müzakirə və debatlar Azərbaycan üçün gələcəkdə daha səmərəli, faydalı əməkdaşlığa şərait yaradacaq. Bu forum beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə, sivilizasiyalararası dialoqun inkişafına mühüm töhfələr verəcək. Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dünyanın nüfuzlu siyasətçilərini və dövlət xadimlərini vacib məsələlərin müzakirəsi üçün bir araya gətirən bu təşəbbüsü olduqca əhəmiyyətlidir. Bu, Forumun qarşıya qoyulan hədəflərə nail olduğunu bir daha göstərir. Ölkələrimiz bir-biri ilə müxtəlif sahələrdə sıx əməkdaşlıq edir. Lakin gələcəkdə biz əlaqələrimizi daha da gücləndirməliyik. Mən bu Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentinə təşəkkürümü bildirirəm”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26