Interposta.Info

Səudiyyə bu ölkənin inşasını üzərinə götürdü:

Dünya
 19-08-2017, 22:48     10 437

Səudiyyə Ərəbistanı İraqın yenidən inşasını təmin etmək üçün bu ölkə ilə 100 milyardlıq müqavilə imzalayıb.

Axar.az xəbər verir ki, Səudiyyə Ərəbistanı ilə İraq arasında əməkdaşlığın qısa zamanda bir ittifaqa çevrilməsi məqsədilə sözügedən addımın atıldığı qeyd edilib.

İraq və Səudiyyə Ərəbistanından olan yüksək səviyyəli rəsmilər təxminən altı aydır ki, iki ölkə arasında yeni bir ittifaq yaratmaq üçün üçün danışıqlar aparıblar.

"Qardian" qəzeti iddia edir ki, Səudiyyə Ərəbistanı ABŞ-ın işğalı və İŞİD-in zəbti zamanı İraqa dəyən zərərin aradan qaldırılmasını üzərinə götürüb.

Qeyd edilir ki, tərəflər arasında iqtisadi koordinasiya şurası yaradılıb, 27 ildir qapalı olan Arayır sərhəd qapısı açılıb və Səudiyyə Ərəbistanı şiələrin İraqdakı müqəddəs şəhəri Nəcəfdə bir konsulluq açmaq planı yenidən gündəmə gəlib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26