Interposta.Info

Səudiyyə Ərəbistanı İraqa uçuşları bərpa etdi

Dünya
 30-10-2017, 11:57     9 256

"Saudi Arabian Airlines" bu gün 27 illik fasilədən sonra ilk dəfə İraqa müntəzəm uçuşları bərpa edib

interposta.info "SPA" agentliyinə istinadən xəbər verir ki, Ciddədən Bağdada ilk uçuşda şirkətin baş direktoru Saleh bin Nasser əl-Casser də iştirak edib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı ilə İraq arasında hava əlaqəsi 1990-cı ildə - keçmiş İraq prezidenti Səddam Hüseyn Küveyti işğal edən zaman kəsilib. Bu ilin avqust ayında hər iki ölkə Arar şəhərində sərhəd keçid məntəqəsinin açılışına razılıq verib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26