Interposta.Info

Səddam Hüseyin dövründən qalan milyonlar geri alındı

Dünya
 4-08-2017, 07:40     10 492

“Neft qarşılığında qida və dərman” proqramı çərçivəsində İraqın keçmiş lideri Səddam Hüseyn dönəmindən BMT-də qalan 131 milyon dollar Bağdada qaytarılıb.

Bu sözləri İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Camal deyib.

O bildirib ki, sözügedən məbləğ 6 illik faizlə geri alınıb:

“BMT Baş katibliyi ilə keçirilən görüşlərdən sonra pulu geri almağı bacardıq”.

Qeyd edək ki, 2 avqust 1990-cı ildə Səddam Hüseyn rejiminin Küveytə müdaxiləsindən sonra BMT İraqa embarqo tətbiq etməyə başlamışdı.

Embarqonun tətbiqindən sonra BMT Təhlükəsizlik Şurası neft qarşılığında İraqın qida və dərman almasına icazə vermişdi./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26