Səddam Hüseynin eyni ad-soyadlı nəvəsi

İraqın sabiq lideri Səddam Hüseynin nəvəsi Məsud Udey Səddam Hüseyn ABŞ prezidenti Donald Trampdan kömək istəyib.
Axar.az xəbər verir ki, bu haqda məlumatı “Əl-Cəzirə” nəşri yayıb:
“Mənim qohumlarımın cəsədləri İran şiələri tərəfindən oğurlanıb və İrana aparılıb. Cəsədlərdən biri böyük ehtimalla babamın qardaşı Vatban İbrahim əl-Tikritinindir. Babası edam olunmuş bir nəvə olaraq xahiş edirəm, o cəsədləri geri almağa mənə kömək edin”.
O, həmçinin qeyd edib ki, Vatban İbrahim əl-Həsən Bağdadda yerləşən həbsxanada qətlə yetirilib və onun cəsədi həyat yoldaşına verilib. Lakin şiə döyüşçüləri cəsədi oğurlayıb:
“Hələ də atam Udey Hüseynin, əmim Qusey Hüseynin və əmim oğlu Musatafa Qusey Səddam Hüseynin, babamın digər əmisi oğlu İbrahim əl-Həsən əl-Tikritinin cəsədləri İran rejiminin əlində saxlanılır. Onlar cəsədi geri qaytarmaqdan imtina edir.
İran bizim cəsədləri ABŞ-ın keçmiş prezidenti Barak Obamanın hakimiyyəti dövründə götürüb. Ümid edirik ki, siz bu mövzuya həssas yanaşacaqsınız və öz nüfuzunuzdan istifadə edərək şəhidlərimizin cəsədlərini almağımıza kömək edəcəksiniz”.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26