Interposta.Info

Səddamın aslanları köhnə günlərini axtarır

Ölkə
 28-03-2017, 08:52     511

İraqın keçmiş lideri Səddam Hüseynin böyük oğlu Udey Səddam Hüseynin bir zamanlar Yaşıl vadidə bəslədiyi və nadir cinslərdən olan aslanları artıq zooparkda saxlanılır.

Həmin aslanlar 2003-cü ildə ölkənin işğalından 4 ay sonra ABŞ əsgərləri tərəfindən Bağdadın mərkəzindəki Zevra Parkının heyvanat bağçasına gətirilib.

Bir zamanlar Yaşıl vadi saraylarında bəslənən aslanlara hazırda Bağdad bələdiyyəsi işçilərindən olan Nəbil Cuburi nəzarət edir. Onlara baytarlar tərəfindən da tez-tez nəzarət olunur.

Nəbilin sözlərinə görə, aslanları o qədər çox sevir ki, hətta onların birinə oğlunun adını verib./axar.az

interposta.info
Səddamın aslanları köhnə günlərini axtarır
Səddamın aslanları köhnə günlərini axtarır

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26