Interposta.Info

Putin Ərdoğana "Sputnik V”lə peyvənd olunmağı təklif etdi

Siyasət
 29-09-2021, 23:25     299

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana koronavirusa qarşı "Sputnik V”lə peyvənd olunmağı təklif edib.

"İnterPosta"nın məlumatına görə, Qaynarinfo bu barədə "İnterfax"a istinadən xəbər yayıb.

Ərdoğan artıq "Pfizer"lə peyvənd olunduğunu bildirib.

"Gün ərzində yoluxmuş şəxslə bir yerdə olmağıma baxmayaraq, xəstələnmədim. Buna görə də növbəti dəfə yenidən peyvənd olunanda "Sputnik"dən istifadəni təklif edirəm”, - Putin deyib.

Rusiya lideri peyvənddən sonra yüksək antitelə sahib olduğunu əlavə edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26