Interposta.Info

ABŞ Əfqanıstandan Əfqanıstana qayıtmaq üçün çıxıb?.. (ŞƏRH)

Siyasət / Dünya
 28-08-2021, 10:09     452

"Amerikanın bu olaydan sonra nə deyəcəyinin o qədər də əhəmiyyəti yoxdur. Çünki proses ABŞ-ın kurasiyası çərçivəsində baş verir”.

Bunu "İnterPosta"-ya açıqlamasında politoloq Turan Rzayev Əfqanıstanın Kabil hava limanında xeyli sayda amerikan əsgərinin ölümü ilə nətəcələnən partlayış fonunda Ağ Evin atacağı cavab zərbəsindən danışarkən deyib.

Ekspert qeyd edib ki, ABŞ qoşunlarını çıxartsa belə, prosesin içindədir, Əfqanıstandan əl çəkməyib:

"Bu gün Əfqanıstanda 30 ilə yaxın müddətdə baş verən proseslərin təməlində ABŞ-ın özünün də payı var. Müxtəlif regionlarda müəyyən maraqları olduğundan ABŞ indilik özünü Əfqanıstandan geri çəkilmiş kimi göstərir. Zamanı gəldikdə isə, yenidən Əfqanıstana müdaxilə üçün müəyyən səbəblər gündəmə gətirir və gətirəcək”.



Həmsöhbətimizin fikrincə, Kabil aeroportunda baş verən olay göstərdi ki, Vaşinqton Mərkəzi Asiyaya nüfuz etmək üçün yenidən Əfqanıstana qayıdacaq:

"Bu heç də günü sabah onların geri qayıdacağı anlamına gəlməməlidir. ABŞ-ın Əfqanıstandan çıxmasının əsas səbəbi Çinlə rəqabət apardığı Mərkəzi Asiyaya nüfuz etməkdir. Qırğızıstan Xarici İşlər Nazirliyi ötən gün məlumat verdi ki, ABŞ NATO qoşunlarının Manas bazasında yerləşdirilməsi təklifini verib. Bu isə o deməkdir ki, ABŞ çıxsa da Əfqanıstanı boş buraxmayacaq. Bu mənada Amerika hələ də Əfqanıstanda olduğunu pərdə arxasında bu və ya başqa məqamlarla göstərir”.

T. Rzayev düşünür ki, ABŞ-ın Əfqanıstandan çıxması heç də nizamsız, qeyri-planlı şəkildə baş verməyib: Hələ Obamanın prezidentliyi dövründən ABŞ-ın buradan çıxması məsələsi müzakirə edilirdi. ABŞ Çinin "Bir kəmər, bir yol” layihəsinin başlıca şah damarı olan Mərkəzi Asiya xəttini sabotaj etmək üçün bu regiona girmək istəyir”.

Politoloq bildirib ki, Mərkəzi Asiyaya ayaq basmağın rahat yolunu ABŞ "Əl-Qaidə” və İŞİD-ə məxsus terror hüceyrələrini yenidən oyatmaqda görür:
"ABŞ Mərkəzi Asiya ölkələrinin birində hərbi baza əldə etsə, buradakı radikal islamçı və millətçi qüvvələri aktivləşdirəcək. Bir sözlə, ABŞ Mərkəzi Asiyaya "ərəb baharı”na bənzər problemi gətirməyə çalışır. Çünki bunun əsas zərəri Çinə dəyəcək. Ona görə də hazırda ABŞ hərbi qüvvələrini Əfqanıstandan ona daha yaxın bölgəyə, Mərkəzi Asiyaya köçürmək istəyir. Manas bazasında məhkəmlənməklə ABŞ daha sonrakı mərhələdə Özbəkistan, Türkmənistan, Çinin Uyğur vilayətində radikal islamçılıq və millətçi duyğuları oyatmaqla "Taliban” kimi yeni qruplaşmalar yarada bilər. Nəticədə yaradacağı xaosdan maksimum yararlanıb, "Bir kəmər, bir yol” layihəsini sabotaja keçəcək”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26