Interposta.Info

"Hər cür tədbir alındı"- Türkiyədə Əfqanıstanla bağlı kritik iclas

Siyasət
 16-08-2021, 23:17     445


Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın rəhbərliyi ilə Əfqanıstanla bağlı kritik toplantı keçirilib.

"İnterPosta" xəbər verir ki, Baş Qərargah rəisi General Yaşar Güler və Hərbi Hava Qüvvələri Komandanı Hasan Küçükakyüzün də iştirak etdiyi iclasda ölkədəki son vəziyyət müzakirə edilib. Əfqanıstandakı Türkiyə sülhməramlı qüvvələrinin komandiri videoformat şəklində vəziyyəti məruzə edib.

Akar prosesi yaxından izlədiklərini, Kabildəki türk əsgərlərinin təhlükəsizliyinin prioritet olduğunu vurğulayıb.

Nazir qeyd edib ki, bu mövzuda hər cür tədbir alınıb. Əməliyyat mərkəzi ilk gündən fəaliyyətə başlayıb və hadisələrin inkişafı ciddi şəkildə təqib olunur./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26