Interposta.Info

GUAM-a sədrlik Gürcüstana keçdi

Siyasət
 1-01-2021, 09:40     391

Gürcüstan bu gündən etibarən Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilata – GUAM-a sədrlik etməyə başlayıb.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, qonşu ölkə sədrliyi Azərbaycandan təhvil alıb.

Gürcüstanın GUAM-a bir illik sədrliyi dövründə əsas prioritetləri təşkilat daxilində qarşılıqlı əlaqələr, siyasi, sahələrarası və parlamentlərarası əməkdaşlığın gücləndirilməsi, həmçinin xalqlar arasında əlaqələrin dərinləşdirilməsi olacaq.

Qeyd edək ki, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın təmsil olunduğu təşkilat 1997-ci ildə yaradılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26