Interposta.Info

Yerevana daha 20 təyyarə sülhməramlı gətirildi

Siyasət
 16-11-2020, 09:02     957

15-ci Rusiya sülhməramlı briqadasının hərbi bölmələrinin şəxsi heyətinin və zirehli maşınların olduğu daha iki “An-124” və 18 “İl-76” tipli hərbi nəqliyyat təyyarəsi Yerevan hava limanına enib.

Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik əlavə edib ki, gün ərzində Rusiyanın hərbi təyyarələri ilə 58 avadanlıq - zirehli personal daşıyıcı, yük maşınları, tankerlər, ekskavatorlar və digər maddi-texniki avadanlıqlar Ermənistana gətirilib.

Daha əvvəl Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı kontingentinin 1 960 sayda odlu silahlı hərbi qulluqçudan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət olacağı bildirilmişdi./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26