Interposta.Info

Sülhməramlıların rotasiyası: Tək Rüstəm Muradov deyil... - Hərbi ekspert

 

Siyasət
 5-05-2021, 14:59     491

"Tək Rüstəm Muradovun deyil, həmçinin orada olan digər hərbi qulluqçuların da dəyişdirilməsi mümkündür”.

Bunu "İnterPosta"-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov geri çağırılması ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib. Ekspert Rüstəm Muradovun 6 ayın tamamında dəyişməsini normal bir proses hesab edir:

"Ölkə xaricində yerləşən kontingentin sülhməramlı və digər funksiyaları yerinə yetirməsindən asılı olmayaraq bəlli bir zaman kəsiyində adətən 6 aydan bir rotasiyası həyata keçirilir. Bunun Rusiyada da 6 aydan bir həyata keçirilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov geri çağırıla bilər. Ermənistanın "Joğovurd” qəzetinin məlumatına görə, onun yerinə başqa generalın təyinat alması ehtimalı var.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26