Interposta.Info

Suriyadan Putinə yeni il hədiyyəsi - "Hmeymim" hərbi aerodromu məhv edilib

Dünya
 4-01-2018, 10:44     9 466

Rusiyanın Suriyadakı hərbi bazasına hücum zamanı azı 7 hərbi təyyarə məhv edilib

Dekabrın 31-də Suriyada terrorçuların Rusiyanın "Hmeymim" aviabazasına hücumunun nəticələri barədə yeni məlumat yayılıb

“Kommersant” qəzeti hərbi-diplomatik mənbələrə istinadən yazıb ki, minaatanlardan açılan atəş nəticəsində Rusiyaya məxsus 4 ədəd Su-24 bombardmançı təyyarəsi, 2 ədəd Su-35S çoxtəyinatlı qırıcı təyyarəsi və 1 ədəd An-72 hərbi-nəqliyyat təyyarəsi məhv edilib.

Həmçinin, döyüş sursatları olan anbarda partlayış baş verib. 10-dan çox rusiyalı hərbçinin yaralandığı bildirilir.

Rusiya Müdafiə Nazirliyi hadisəni şərh etməyib.

Qeyd edək ki, daha əvvəl yayılan məlumatda bazanın atəşə tutulduğu bildirilmişdi.(APA)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26