Interposta.Info

Ərdoğan: "Türkiyə də Rusiya ilə birgə sülh danışıqlarında olmalıdır"

Siyasət
 24-10-2020, 10:33     518

"ATƏT-in Minsk qrupu bir nəticə ortaya qoya bilməyib. Azərbaycan haqlı tələbini ortaya qoyur. Deyir ki, əgər Ermənistan Rusiyanı təklif edirsə, biz də Türkiyəni təklif edirik".

"İnterPosta" "Anadolu”ya istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

"Beləliklə, bu sərhəd təhlükəsizliyi, sülh danışıqlarında Rusiya ilə birgə Türkiyə də olmalıdır. Əslində, bu məsələdə Rusiyanın mənfi münasibəti yoxdur. Rusiyanın da Türkiyə ilə bağlı mənfi açıqlamaları yoxdur”, - o qeyd edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26