Interposta.Info

SON DƏQİQƏ !ABBAS ABBASOV da HƏBS edildi

Siyasət
 15-08-2020, 14:36     807

Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovun DTX tərəfindən həbsindən az sonra daha bir həbs.

NUH.az-a daxil olan məlumata görə, Azərbaycan Respublikası Baş nazirinin sabiq birinci müavini Abbas Abbsov həbs edilib.

Abbas Abbasov 1949-cu il avqustun 4-də Gəncə şəhərində anadan olmuşdur.

1973-cü ildən Abşeron rayonunun quşçuluq sənayesi sahəsində baytar həkim, sex rəisi, 1979-1982-ci illərdə Bakı Broyler Fabrikinin direktoru, 1982-ci ildən Özbəkistan Respublikasının quşçuluq təsərrüfatlarında direktor müavini, 1983-1989-cu illərdə Özbəkistan SSR Dövlət Quşçuluq Sənayesi Komitəsi sədrinin müavini, 1989-cu ildən Abşeron Quşçuluq Aqrar-İstehsalat firmasının baş direktoru, 1990-1991-ci illərdə Abşeron Rayon Partiya Komitəsinin birinci katibi, rayon XDS İcraiyyə Komitəsinin sədri, Azərbaycanın Dövlət müşaviri, vəzifələrində işləmişdir.
1992-ci ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində çalışmışdır. Bu dövr ərzində bir neçə dövlət komissiyasının sədri olmuşdur. 2006-cı ildə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir.
Hazırda "AST Şirkətlər Qrupu" nun vitse-prezidenti və Müstəqil Dövlətlər Biriliyi (MDB) Dinlərarası Şurasının Qəyyumlar Komitəsinin həmsədridir. 1990-1995-ci ildən Azərbaycan Respublikasının xalq deputatı olmuşdur./http://azadses.az/3608-son-dqq-abbas-abbasov-da-hbs-edildi.html

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26