Interposta.Info

Milli Məclisin sabiq deputatı vəfat etdi (FOTO)

Ölkə
 28-10-2021, 13:43     168

Milli Məclisin sabiq deputatı Maksim Musayev vəfat edib.

"İnterPosta" xəbər verir ki, bu barədə mərhumun oğlu Emin Musayev məlumat yayıb.

Məlumata görə, M.Musayev 83 yaşında ürəıktutmadan dünyasını dəyişib.

Qeyd edək ki, M.Musayev 1938-ci ilin avqustun 18-də anadan olub.

O, 1982-ci ildən Qax Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışıb. M.Musayev 1990-cı ildən Xızı Rayon Partiya Komitəsinin birinci katibi, sonra rayon Sovetinin sədri və 1991-1992-ci illərdə isə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

O, 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26