Interposta.Info

Makrondan Türkiyəyə: "Suriyadan Liviyaya göndərilən döyüşçülərə görə narahatam"

Siyasət
 20-01-2020, 12:13     337

Fransa prezidenti Emmanuel Makron Türkiyənin dəstəklədiyi müxalif döyüşçülərin Suriyadan Liviyaya göndərilməsinə qarşı çıxır.

Axar.az xəbər verir ki, bu iddia ilə AFP çıxış edib.

“Suriya və digər ölkələrdən Tripoliyə döyüşçülərin gəlməsindən narahatam. Buna son qoyulmalıdır!” - deyə Makron bildirib.

Qeyd edək ki, bundan öncə ingilis mediası Türkiyənin dəstəklədiyi 2 minə yaxın müxalif döyüşçünün Suriyadan Tripoliyə yollandığını iddia etmişdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26